Lift və eskalator avadanlıqlarına keyfiyyətli texniki xidmət göstərilməsinin ən önəmli elementləri istənilən ehtiyyat hissəsinin təchiz olunması və ən qısa zamanda çatdırılmasıdır. Ehtiyyat hissələrinin istehsalçı zavoddan bir başa sifariş olunması zamanı təchiz etmə müddəti aylarla davam edə bilər.
